ABŞ-da bu vəzifəyə təyin edilən ilk müsəlman oldu
ABŞ-da Rəşad Hüseyn ölkənin Beynəlxalq Dini Azadlıqlar üzrə səfiri təyin edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iyulun 30-da ABŞ prezidenti Co Baydenin “ABŞ-ın beynəlxalq dini azadlıqlar üzrə səfiri” kimi təklif etdiyi Hüseynin namizədliyi bu gün Senatın Baş Assambleyasında səsə qoyulub.
Namizədliyi 5 əleyhinə 85 səslə təsdiqlənən Hüseyn, bu vəzifəyə təyin olunan ilk müsəlman olub.
Qeyd edək ki, R.Hüseyn ABŞ-ın Vayominq ştatında hind əsilli müsəlman ailəsində anadan olub. O, Barak Obama administrasiyası dövründə ABŞ-ın İslam Əməkdaşlıq Təşkilatında xüsusi nümayəndəsi və strateji terrorla mübarizə üzrə xüsusi nümayəndəsi vəzifələrində çalışıb.
Qafqazinfo.az