ABŞ-da çayda dinozavr izləri aşkarlanıb

ABŞ-da çayda dinozavr izləri aşkarlanıb

ABŞ-ın Texas ştatında misli görülməyən quraqlıq böyük çaylardan birinin qurumasına səbəb olub.

APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, çay yatağı quruduğu üçün 113 milyon illik dinozavr ləpirləri üzə çıxıb. Suyun altında qaldığı üçün izlər çox yaxşı mühafizə olunub.

Ekspertlərin dediyinə görə, bu, dünyadakı ən uzun dinozavr ləpiri ola bilər. Bu izlərin Acrocanthosaurus növündən olan dinozavra aid edildiyi güman edilir. Bu canlıların uzunluğu 5 metr, kütləsi təqribən 7 ton olub.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 10 =