ABŞ-da daşqın səbəbindən ölənlər var, 10 minə yaxın insan təxliyə edilib

ABŞ-da daşqın səbəbindən ölənlər var, 10 minə yaxın insan təxliyə edilib

ABŞ-ın Kaliforniya ştatında güclü yağış və fırtınalı hava fəsadlara yol açıb.

APA xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb.

Təbiət hadisəsi 2 nəfərin ölümünə, 10 minə yaxın insanın təxliyə edilməsinə səbəb olub.

Milli Meteorologiya Xidməti 25 milyon insanın daşqın xəbərdarlığı altında olduğunu bildirib.

Son 3 ayda əyalətin yüksək hissələri qarla örtülüb, sahil və aşağı hissələr isə leysan yağış və daşqınlara məruz qalıb.

Sierra Nevada bölgəsində qarın qalınlığı 2,5 metrə yaxınlaşarkən, sahilyanı Santa Kruz şəhərində daşqın səbəbindən bəzi yollar yararsız hala düşüb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + six =