ABŞ-da ermənilər həmvətənimizə hücum edib

ABŞ-da ermənilər həmvətənimizə hücum edib

ABŞ-da həmvətənimiz ermənilərin hücumuna məruz qalıb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə Nyu-York şəhərində baş verib.

Bruklində Azərbaycan bayrağının olduğu şəxsi avtomobili ilə hərəkət edən azərbaycanlı gənc bir qrup erməninin hücumuna məruz qalıb. Belə ki, 7 nəfər erməni həmvətənimizə və onun avtomobilinə zərbələr endirib. Nəticədə azərbaycanlı gənc başından yüngül xəsarət alıb.

Həmyerlimizin polislə əlaqə saxladığını görən ermənilər qaçaraq ərazidən uzaqlaşıblar.

Qeyd edək ki, hadisə şahidləri baş verənləri mobil telefonun kamerası ilə qeydə alıblar. Videogörüntüdə həmvətənimizin təkbaşına yeddi erməni ilə əlbəyaxa dalaşdığı görünür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × one =