ABŞ-da gecə klubunda atışma olub, 1 nəfər ölüb, 5 nəfər yaralanıb

ABŞ-ın Texas ştatında gecə klublarından birində atışma nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Bunu dairənin polis rəisi Harris Ed Qonaslez bildirib.
Məlumata görə, polis cinayətkarların axtarışı istiqamətində əməliyyat aparır.
Bildirilib ki, 2020-ci ildə odlu silahdan açılan atəş nəticəsində 43 min amerikalı ölüb. Bu ilin yanvarında atışma nəticəsində ölənlərin sayı 23 mini ötüb.
Report