ABŞ-da ilin əvvəlindən qeydə alınan silahlı insidentlərin sayı açıqlanıb
Cari ilin əvvəlindən ABŞ-da silahlı insidentlərin sayı 400-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə Amerikanın “Gun Violence Archive” portalı məlumat yayıb.
Qeyd edilir ki, bu il ABŞ-da 400 atışma olub. Silahlı insidentlər zamanı ümumilikdə 4 000-dən çox adam yaralanıb və ya öldürülüb.
Təkcə ötən həftəsonu Birləşmiş Ştatlarda yeddi atışma baş verib.
Report.az