ABŞ-da İsrail tərəfdarlarına molotof kokteyli hücumu: 6 nəfər yaralanıb

ABŞ-ın Kolorado ştatının Boulder şəhərində İsrail tərəfdarı olan tədbirə molotof kokteyli ilə hücum nəticəsində 6 nəfər yaralanıb. ABŞ polisinin məlumatına görə, hücumu 45 yaşlı kişi “Fələstinə azadlıq” şüarları səsləndirərkən həyata keçirib.
ABŞ-ın Kolorado ştatının Boulder şəhərində İsrailə dəstək tədbirinə molotof kokteyli atılması nəticəsində 6 nəfər yaralanıb.
Amerika polisinin məlumatına görə, hücum Pearl Street adlı ticarət mərkəzində baş verib.
Polis mənbələri bildiriblər ki, 45 yaşlı kişi kütləyə benzin bombası atmazdan əvvəl “Fələstinə azadlıq” şüarları səsləndirib.
Hadisədən sonra Federal Təhqiqat Bürosu (FTB) dərhal açıqlama verərək, hadisəni “istiqamətləndirilmiş terror hücumu” kimi qiymətləndirib.
Bundan əlavə, İsrailin Qəzzada törətdiyi soyqırım cinayətlərinə ABŞ-ın davamlı dəstəyi ilə bağlı ictimaiyyətin narazılığı artır.
Bundan əvvəl İsrailin “Maariv” qəzeti “İsrail Qəzza zolağında apardığı müharibəyə görə beynəlxalq legitimliyini itirib” kimi qiymətləndirmişdi .
Hesabatda həmçinin qeyd olunub ki, müharibəni bitirmək üçün artan beynəlxalq çağırışlar fonunda “Qəzzada aclıq və xaos səhnələrinin İsrailə qarşı qlobal üsyana səbəb ola biləcəyindən əsl qorxu var”.