ABŞ-da liderlik yarışı – Tramp Baydeni geridə qoydu

ABŞ-da liderlik yarışı – Tramp Baydeni geridə qoydu

ABŞ-ın hazırkı prezidenti Co Bayden 6 əsas ştatdan 5-də qarşıdan gələn seçkilərlə əlaqədar mübarizədə əsas rəqibi Donald Trampa uduzur.

Bunu “Nyu-York Tayms” qəzetinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Nəticələr göstərir ki, Bayden demək olar bütün əsas ştatlarda Trampdan geri qalır. Həmin ştatlarda nə Demokratlar, nə də Respublikaçılar ənənəvi və ya sabit dəstəyə malikdirlər. Bu bölgələrdən gələn səslər iki partiyaya münasibətdə bir növ “ümumamerikan barometri” hesab olunur.

Tramp Arizona, Corciya, Miçiqan, Nevada və Pensilvaniya ştatlarında Baydeni 3-10 faiz üstələyir. Hazırkı prezident yalnız bir ştatda – Viskonsində rəqibi üzərində üstünlüyünü saxlayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − five =