ABŞ-da müsəlman qız hicabına görə oyundan kənarlaşdırıldı
Az.shafaqna.com “Fox17” telekanalına istinadən xəbər verir ki, ABŞ-ın Tennesi ştatının müsəlman təşkilatları hicabına görə məktəbin voleybol komandasında oynamaq şansından məhrum edilmiş gənc müsəlman qızın hüquqlarının müdafiəsinə dair çağırış ediblər.
Belə ki, hakim Neşvil məktəblərindən birinin şagirdi olan Nəcəh Aqili digər məktəb komandası ilə oyunun ən əvvəlində oyunçuların “formasına dair qaydaların pozuntusuna” görə oyundan kənarlaşdırıb. Qarşılaşma hakimi iddia edib ki, müsəlman qız ştatın voleybol assosiyasiyasından hicab taxa bilməsi ilə bağlı arayış gətirməli idi.
ABŞ müsəlman məşvərət şurasından bəyan edilib ki, Nəch bu sezonda daha öncə hicablı halda oyunlarda iştirak edib və ona heç bir xəbərdarlıq edilməyib. Şura dini hüquqların pozulmasına yol verməməyə çağırıb.
“Nəyə görə öz konstitusiyon hüquqları ilə hərəkət etmək istəyən müsəlman qızlar Tennesidə idmanla məşğul olan zaman əlavə maneə ilə üzləşməlidir?”, – deyə müsəlman təşkilatının direktoru Səbinə Mühiddin bildirib.
“Bu qaydanı 14 yaşlı qızı həmyaşıdlarının qarşısında alçaltmaq üçün istifadə ediblər. Bu, ən azından, onun əsəblərini sarsıdıb. Bizdə müsəlman qızlar ştatın hər bir yerində idmanla məşğul olurlar”, – deyə o qeyd və əlavə edib ki, idmanda dini mənsubiyyətə görə maneələrə yol verilməməlidir.