ABŞ-da neft boru kəmərində son on ilin ən böyük sızması baş verib

ABŞ-da neft boru kəmərində son on ilin ən böyük sızması baş verib

ABŞ-ın Kanzas ştatında böyük “Keystone” neft boru kəmərində irimiqyaslı sızma nəticəsində 14 min bareldən çox neft axına tökülüb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Ehtimal ki, söhbət ABŞ-da son on ildə baş verən ən böyük xam neft sızmasından gedir. Bu, 2010-cu ildə işə salındıqdan sonra “Keystone” boru kəmərindən üçüncü neft sızmasıdır. İndiki insidentin səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb.

Ötən gecə neft kəməri həyəcan siqnalı çalındıqdan və sahələrdən birində təzyiq aşağı düşdükdən sonra bağlanıb. Borunun sızma baş verən hissəsi təcrid olunub, dağılmış neftin daha da yayılmasının qarşısını almaq üçün axında maneələr quraşdırılıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 17 =