ABŞ-da neft emalı zavodunda yanğın olub, 5 nəfər xəsarət alıb

ABŞ-da neft emalı zavodunda yanğın olub, 5 nəfər xəsarət alıb

ABŞ-ın Texas ştatının “Deer Park” şəhərində yerləşən “Shell” neft emalı zavodunda yanğın baş verib.

APA xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

İlkin olaraq müəssisədə “partlayış” baş verməsi, nəticədə yanğının başladığı barədə məlumat verilib.

Qeyd olunur ki, hadisə baş verən zaman istilik dəyişdiricisinə planlı texniki qulluq işləri aparılıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − fourteen =