ABŞ-da Səudiyyə Ərəbistanı vəliəhdinə qarşı kampaniya başladıldı – Foto

ABŞ-da Səudiyyə Ərəbistanı vəliəhdinə qarşı kampaniya başladıldı – Foto

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da bir insan haqları təşkilatı vəzifəyə başladığı gündən bəri etdiyi cinayətlərini ifşa etmək üçün Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın əleyhinə bir kampaniya başlatdı.

Vaşinqtondakı “İlk azadlıq” adlı insan haqları təşkilatı bin Salmanın ifşa edilməsi üçün ABŞ-da böyük bir təbliğat kampaniyası başlatdı.

Kampaniyaya bin Salmanın cinayətlərini və davam edən insan haqları pozuntularını yaymaq üçün ABŞ küçələrində pankartlar vurmaq və geniş təbliğatlar daxildir.

Təşkilat twitter hesabında yazıb: “İnsanlara xatırladırıq ki, Məhəmməd bin Salman səxavətli bir islahatçı deyil, bir qatildir.”

Təşkilat tvitin davamında yazıb: “Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın ictimai investisiya fondu, bir əyləncə şirkətinin 500 milyon dollarlıq səhmlərini alıb, buna görə də Məhəmməd bin Salmanın əslində kim olduğunu onlara xatırlatmaq üçün onların ofisindəyik.”

Tvitdə həmçinin deyilir: “Hollivudda bəziləri Səudiyyə vəliəhdi Məhəmməd bin Salmana cinayətlərini ört-basdır etməyə kömək etdi, amma biz bunu rədd etməliyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − seven =