ABŞ-da seçki böhranı davam edir: 12-ci tur təxirə salındı
Publika.az “CNN Türk” kanalına istinadən məlumat verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasına sədr seçkilərinin 11-ci turunda da qalib açıqlanmadığına görə, səsvermənin 12-ci turu təxirə salınıb.
Bildirilir ki, seçkilərin 3-cü günündə respublikaçıların əksəriyyətinin dəstəklədiyi Kevin Makkarti yenə kifayət qədər səs toplaya bilməyib. O, cəmi 200 səs qazana bilib.
Qeyd olunur ki, konqresmenlər palatanın yeni sədri seçilənə qədər and içə və vəzifələrinə başlaya bilməyəcəklər.
ABŞ tarixində Nümayəndələr Palatasına ən uzun sədr seçkiləri 1855-ci ilin dekabrından 1856-cı ilin fevralına qədər 2 ay davam edib. Belə ki, həmin müddətdə sədrin müəyyən edilməsi üçün 133 dəfə səsvermə olub.
Publika.az