ABŞ-da seçki qutuları yandırıldı

ABŞ-ın Oreqon ştatının Portlend və yaxınlıqdakı Vaşinqton ştatının Vankuver şəhərində naməlum şəxslər seçki qutularını yandırıblar.
Bu hadisə nəticəsində yüzlərlə seçki bülleteni məhv edilib.
Gələcək prezident üçün əsas səsvermə günü noyabrın 5-də keçiriləcək. Bu cür insidentlərin səsvermə prosesinə təsir göstərə biləcəyinə dair narahatlıq yaranıb, yerli rəsmilər isə təhqiqat aparıldığını və seçki təhlükəsizliyinin gücləndirildiyini bildiriblər.