ABŞ-da seçki rəzaləti: Tramp sensasiyaya hazırlaşır – Baydenin işi qəlizləşə bilər

ABŞ-da seçki rəzaləti: Tramp sensasiyaya hazırlaşır – Baydenin işi qəlizləşə bilər

ABŞ-ın seçki tarixində tam bir rüsvayçılıq yaşanmaqdadır. Bu gedişlə ölkənin ən azı 4 əsas ştatında təkrar seçki keçirilməsi mümkündür.

“Yeni Müsavat”ın verdiyi xəbərə görə, hazırkı prezident Donald Tramp seçki nəticələrinin yenidən nəzərdən keçirilməsində israrını davam etdirir. Tramp hesab edir ki, Ali Məhkəmə onun mövqeyini dəstəkləyəcək.

Artıq ABŞ-ın 17 əyalətində respublikaçılar, ölkənin dörd əyalətində səsvermə nəticələrinin ləğvi tələbi ilə Ali Məhkəməyə açılan iddianı dəstəkləyib. Tramp isə tvitterdə yazıb ki, ABŞ tarixində ən böyük seçki saxtakarlığının fövqəladə hadisəsində ən azı 17 əyalət Texasa qatılıb.

Artıq 17 ştatın baş prokurorları prosesə qoşulmaqdadır. Həmin dörd əyalətdə nəticələr ləğv edilsə, Co Baydenə qələbə üçün lazım olan 270 səsi almayacaq. İddiaya görə, Ali Məhkəmə dörd əyalətdəki səsvermənin nəticələrini ləğv etməli və seçicilər üçün əvvəlcədən təyin olunmuş səsvermə tarixlərini təxirə salmalıdır.

Dekabrın 14-də prezident seçkilərinin nəticələri təsdiqlənməlidir. Amma cəmi iki gün qalır və ABŞ seçkilərə görə çalxalanır. Belə görünür ki, təkrar seçki istisna deyil. Hətta nəticələrin dəyişməsi gözləniləndir.

Bu halda bir çox dövlət başçıları Baydeni təbrik etməkdə tələskənliyə yol vermiş olacaqlar. Əvəzində isə ABŞ-ın demokratik seçki imici, reputasiyası ciddi şəkildə zədələnməkdədir.

Ramiyə Məmmədova: “Danışıqların nəticəsi bir müdət sonra bəlli olacaq”

Siyasi ekspert Ramiyə Məmmədovanın Musavat.com-a bildirdiyinə görə, 17 əyalətin 4 ştatda təkrar seçkini dəstəkləməsi ciddi hadisədir. Onun fikrincə, Tramp 14 dekabr sensasiyasına hazırlaşır: “Onun yeganə ümidi Ali Məhkəmənin qərarıdır. Əgər 4 ştatda təkrar seçki baş tutsa və respublikaçı namizəd Tramp qalib gəlsə, Baydenin işi çətin olacaq. İlk gündən Tramp seçki saxtakarlığından danışırdı və bu günə kimi iddialarından əl çəkmir. Bu, ABŞ-ın şəffaf seçki nüfuzuna xələl gətirə bilər, amma reallığın üzə çıxması lazımdır. Sadəcə, ciddi dəyişiklik olacağını güman etmirəm. Düzdür, Tramp çox iddialı danışır. O deyir ki, prezidentlik kürsümü qaytarmaq üçün növbəti seçkiləri gözləməyəcəm. Biz Ağ Evi qaytarmağa hazırlaşırıq, biz onu yenidən udacağıq. Lakin respublikaçılar məğlub olsalar, Senatda respublikaçılarla demokratların sayı 50-50 hesabla bərabərləşəcək, demokrat vitse-prezident Kamala Harris isə bərabərliyi pozan səsə sahib olacaq”.

Politoloq ABŞ-ın “demokratiyanın beşiyi” kimi başqa ölkələrin seçkilərinə öyüd-nəsihət vermək nüfuzunu itirdiyini düşünür: “Əgər Amerika kimi ölkədə seçki saxtakarlığı qeydə alınıbsa, bunu seçicilər yox, Tramp açıqlayırsa, o halda avtoritar rejimlərdə hansı azad seçkidən danışmaq olar? İndi Vaşinqton Belarus prezidenti Lukaşenkonu iqtidarı zorla saxlamaqda, seçkiləri saxtakarlıqla keçirməkdə necə ittiham edə bilər?”

R.Məmmədova Baydenin İrana qarşı sanksiyaların bəzilərini götürəcəyini, Tramp təzədən qalib olarsa, Tehran-Vaşqinton əlaqələrinin gərginləşəcəyini proqnozlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 2 =