ABŞ-da tornado nəticəsində 2 nəfər ölüb, 60 nəfər xəstəxanaya yerləşdirilib

ABŞ-da tornado nəticəsində 2 nəfər ölüb, 60 nəfər xəstəxanaya yerləşdirilib

ABŞ-ın Arkanzas ştatında baş verən bir neçə tornado nəticəsində 2 nəfər ölüb, 60 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə APA yerli KİV-ə istinadən xəbər verib.

Qasırğalardan ən çox zərər çəkən Litl Rok şəhəri olub. Şəhər meri sosial şəbəkədə 60 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

“Arkansas Democrat Gazette” nəşrinin məlumatına görə, qurbanlardan beşinin vəziyyəti ağırdır.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 10 =