ABŞ-da üçüncü “KABUS”: propan daşıyan iki vaqon relsdən çıxdı

ABŞ-da üçüncü “KABUS”: propan daşıyan iki vaqon relsdən çıxdı

Publika.az xəbər verir ki, bu barədə “10 Tampa Bay” telekanalı məlumat yayıb.

Bildirilib ki, Floridanın Bradenton bölgəsində beş vaqon relsdən çıxıb. Onların arasında propan daşıyan iki vaqon da olub.

Səlahiyyətlilər hadisə zamanı zərərçəkənlərin olmadığını, təhlükəli maddələrin dağılmasının qeydə alınmadığını iddia edirlər.

Qeyd edilib ki, dəmir yolu relsləri xeyli zədələnib, aşmış vaqonlarım təkərləri sıradan çıxıb.

Qeyd edək ki, fevralın 3-də Ohayo ştatında kimyəvi tərkibli yük qatarı, fevralın 21-də is kömür qatarı relslərdən çıxaraq açıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × three =