ABŞ-da xəstəxana yaxınlığında atışma olub, 6 nəfər yaralanıb

ABŞ-da xəstəxana yaxınlığında atışma olub, 6 nəfər yaralanıb

ABŞ-ın Tennessi ştatının Memfis şəhərində Şimali Metodist Xəstəxanası yaxınlığında baş verən atışma nəticəsində 6 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Polisin məlumatına əsasən, avtomobildə olan naməlum şəxslər atəş açıblar. Eyni zamanda, yaralanan 3 şəxsin saxlanıldığı barədə məlumat verilib. Buna səbəb kimi onlarda oğurlanmış avtomobilin olması göstərilir.

Həkimlər yaralananların dördünün vəziyyətinin ağır olduğunu bildiriblər.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − four =