ABŞ-da yanğın zamanı 10 nəfər ölüb
ABŞ-ın Pensilvaniya ştatında ikimərtəbəli evdə baş verən yanğında 10 nəfər ölüb.
Bu barədə “Report” CBS telekanalına istinadən xəbər verir.
Telekanalın polisə istinadən məlumatına görə, ölənlər arasında 3 uşaq da var.
Polis qeyd edib ki, hadisə zamanı evdə olan 3 nəfər qaça bilib. Binanın tamamilə yandığı qeyd edilir.
Yanğının səbəbləri açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
Report.az