ABŞ-da yenidən maska taxıldı: Səbəb koronavirus deyil

ABŞ-da yenidən maska taxıldı: Səbəb koronavirus deyil

Publika.az xəbər verir ki, Nyu-York başda olmaqla bir çox şəhərin hava keyfiyyətinin səviyyəsi narıncıdan qırmızıya keçib.

Şəhər əhalisi artıq yenidən maska taxmağa başlayıb. Səlahiyyətlilər xüsusilə ağciyərlərində problemi olan vətəndaşlara çölə çıxmamaq barədə xəbərdarlıq edib.

Kanadada yanğınlarla əlaqədar 26 mindən çox insanın təhlükəsiz bölgələrə təxliyə edildiyi bildirilib . Mövcud vəziyyət ölkədə indiyə qədər ən pis yanğın mövsümü hesab olunur. Kanadada indiyədək 3,8 milyon hektar ərazinin yandığı təxmin edilir. İlin bu dövrü üçün orta göstərici ilə müqayisədə bu sahə 12 dəfə çoxdur.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − two =