ABŞ-da yeniyetmə koronavirusdan öldü
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Luiziana ştatında koronavirus xəstəsi olan və müalicəsi üçün 5 gün gözləyən 17 yaşlı yeniyetmə Covid-19 xəstəliyindən ölüb.
Bu yeniyetmə 5 günlük intizardan sonra nəhayət reanimasiya otağında dünyasını dəyişib.
Kristofer Matern adlı bu yeniyetmənin cümə günü dünyasını dəyişdiyi bildirilir.
Kristofer, Luizianada dördüncü koronavirus dalğasının başlamasından bəri virusdan ölən 9-cu uşaqdır.