ABŞ-da “Zeta” qasırğası qurbanlarının sayı 6 nəfərə çatıb
ABŞ-ın cənubunda tüğyan edən “Zeta” qasırğası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bundan əvvəl “ABC TV” teleşirkəti təbii fəlakət qurbanlarının üçü barədə məlumat vermişdi. Yeni məlumatlara görə, Alabama, Corciya və Luiziana ştatlarında ümumilikdə altı nəfər ölüb. Qasırğa səbəbindən 2,6 milyondan çox ev işıqsız qalıb.