ABŞ-dan Çinə qarşı addım: Çip ixracı dayandırılır

ABŞ-dan Çinə qarşı addım: Çip ixracı dayandırılır

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, ABŞ-dan “ChinaNaN”ə çip ixracına yeni məhdudiyyətlər tətbiq edilir.

ABŞ Ticarət Departamentinin bəyanatında deyilir ki, yeni ixrac nəzarəti Çinin qabaqcıl hesablama çipləri əldə etmək, superkompüterlər hazırlamaq və onlara qulluq etmək və qabaqcıl yarımkeçiricilər istehsal etmək imkanlarını məhdudlaşdıracaq.

Açıqlamada bu məhsul və imkanların Çin tərəfindən qabaqcıl hərbi sistemlərin, o cümlədən kütləvi qırğın silahlarının istehsalı üçün istifadə edildiyi bildirilib.

Bəzi qabaqcıl və yüksək performanslı hesablama çipləri və belə çipləri ehtiva edən kompüter məhsullarının Ticarət Yoxlama Siyahısına əlavə edildiyi bildirilib və bu məhsulları Çinə ixrac etmək istəyən şirkətlərin lisenziya alması lazım olduğu qeyd edilib.

Çiplərin istehsalında istifadə edilən avadanlıqların lisenziyasız Çinə satışına icazə verilməyəcəyi izah edilib.

Digər tərəfdən, nazirliyin açıqlamasında 31 Çin şirkətinin həssas texnologiya ixracına görə ABŞ səlahiyyətliləri tərəfindən etibarlılığı yoxlanıla bilməyən şirkətlər siyahısına əlavə edildiyi qeyd edilib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + 10 =