ABŞ-dan İrana xəbərdarlıq: Rusiyaya raketlər göndərilsə…

ABŞ-dan İrana xəbərdarlıq: Rusiyaya raketlər göndərilsə…

İranın Rusiyaya silah tədarükü Yaxın Şərqdəki vəziyyəti də təhdid edir.

Bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Tehranın Moskvaya yaxın mənzilli raketlər ötürməsi ilə bağlı mətbuatda yayılan iddialara münasibət bildirərkən deyib.

“Belə bir transferin baş verməsi ilə bağlı xəbərləri təsdiq edə bilmərəm. Amma mən sizin diqqətinizi keçmişdə dediklərimizə cəlb etmək istərdim: Bu tip texnologiyanın hər hansı bir təminatı təkcə Ukraynanın özünü müdafiə etmək qabiliyyətinə mənfi təsir göstərməyəcək. Yaxın Şərq üçün də eyni dərəcədə zərərli nəticələr ola bilər”, – Kirbi bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 1 =