ABŞ-dan Səudiyyə Ərəbistanına silah satılmaması tələb olundu

ABŞ-dan Səudiyyə Ərəbistanına silah satılmaması tələb olundu

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, 46 beynəlxalq insan haqları təşkilatı Konqres üzvlərini ABŞ prezidenti Co Bayden administrasiyasının Səudiyyə Ərəbistanına 650 milyon dollar dəyərində silah satışına qarşı çıxmağa çağırıb.

Təşkilatlar birgə bəyanatda Konqres üzvlərini ABŞ Nümayəndələr Palatasının demokrat üzvü İlhan Ömərin ABŞ-la Səudiyyə Ərəbistanı arasında 650 milyon dollarlıq silah müqaviləsinin dayandırılması ilə bağlı başlatdığı kompaniyaya qoşulmağa çağırıblar.

Saudileaks saytı bu barədə yazıb: Bu təşkilatlar Bayden hökumətinin Səudiyyə Ərəbistanına hərbi hava sürsatları satmaq planına qarşı olduqlarını bildiriblər. Çünki onlar hesab edirlər ki, bu, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi təcavüzkar koalisiyanın Yəmənə hava və dəniz vasitəsilə hücumlarını gücləndirəcək. Bu isə dinc əhali üçün ciddi təhlükə yaradacaqdır.

İnsan haqları təşkilatlarının fikrincə, bu razılaşma ABŞ-ın beynəlxalq hüququ pozaraq Səudiyyə Ərəbistanının Yəmənə təcavüzündə şərik olduğunu nümayiş etdirir.

Təşkilatlar daha sonra vurğulayıblar ki, bu razılaşma həmçinin ABŞ-ın Səudiyyə Ərəbistanına bəraət qazandırması və onun cinayətlərini dəstəkləməsi anlamına gəlir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 2 =