ABŞ-dan ŞOK QƏRAR: Rusiya müharibəni dayandırmasa, 100 minlik ordu…

ABŞ-dan ŞOK QƏRAR: Rusiya müharibəni dayandırmasa, 100 minlik ordu…

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, Rusiya Ukraynada müharibəni dayandırmasa, Finlandiya, İsveç və NATO-nu təhdid etməkdən əl çəkməsə, Vaşinqton bu addımı atacaq.

Qəzetin qeyd edib ki, ABŞ Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl Avropadakı qüvvələrinin sayını təxminən 60 min əsgərdən 100 minə qədər artırıb. Amerika qoşunları Avropanın şərq cinahı boyunca yerləşən ölkələrdə yerləşdirilib. Bu, NATO-ya dəstək olmaq və Rusiyanı daha da sıxışdırmaq üçün idi.

Nəşrin həmsöhbətləri qeyd ediblər ki, lazım gələrsə, ABŞ Avropadakı hərbi kontingentini müvəqqəti artıra bilər. Qərar NATO-nun daha çox hərbi təlimlər keçirəcəyi və ya təhlükəsizlik vəziyyətinin dəyişəcəyi təqdirdə veriləcək.

Nəşrin mənbələrinin məlumatına görə, bu planlar NATO silahlı qüvvələrinin baş komandanlarının Brüsseldə keçirilən görüşündən sonra nəzərdən keçirilməyə başlayıb. Hərbçilər Alyansın müdafiə nazirlərinin iyunda keçirilməsi planlaşdırılan görüşünə, eləcə də mayın sonunda Madriddə keçiriləcək sammitə tövsiyələr verir.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumundan üç həftə əvvəl ABŞ Avropaya əlavə hərbi qüvvələrin köçürülməsinə başlamışdı .

Qeyd edək ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO-nun şərq cinahında olan ölkələr Alyansın bölgədəki qüvvələrinin gücləndirilməsini tələb ediblər .

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 12 =