ABŞ diplomatlarını Ukraynadan çıxarmağa başladı

ABŞ diplomatlarını Ukraynadan çıxarmağa başladı

ABŞ Dövlət Departamenti ABŞ-ın Kiyevdəki səfirliyinin bəzi əməkdaşlarına və onların ailə üzvlərinə Ukraynanı tərk etməyə icazə verib.

Bu barədə Dövlət Departamentinin bəyanatında qeyd olunur.

“Dövlət Departamenti ABŞ-dan olan diplomatların Ukraynanı könüllü şəkildə tərk etməsinə icazə verib və Rusiyanın davam edən hərbi təhlükəsi səbəbindən bu şəxslərin ailə üzvlərinin də Kiyevdəki səfirliyi tərk etməsinə göstəriş verib”, – bəyanatda deyilir.

Dövlət Departamenti Ukraynadakı ABŞ vətəndaşlarına da artıq indidən bu ölkəni tərk etməyi düşünməyi tövsiyə edib.

Mənbə: Reuters

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + fifteen =