ABŞ dövlət katibi Astanaya səfər edəcək
ABŞ dövlət katibi Entoni Blinken ilk rəsmi səfərini fevralın 28-də Qazaxıstana edəcək.
APA-nın xəbərinə görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin Telegram kanalında məlumat verilib.
Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, ABŞ dövlət katibi Astanada olarkən respublika prezidenti Qasım-Jomart Tokayev tərəfindən qəbul olunacaq və Qazaxıstanın baş nazirinin müavini – xarici işlər naziri Muxtar Tleuberdi ilə danışıqlar aparacaq.
Apa.az