ABŞ Dünya okeanını nəzarətə almaq niyyətini açıqladı

ABŞ Dünya okeanını nəzarətə almaq niyyətini açıqladı

ABŞ-ın hərbi-dəniz donanmasının Baş qərargah rəisi admiral Maykl Gildey yaxın onillik üçün “Naviqasiya planı”nı təqdim edib.

Az.shafaqna.com RİA “Novosti”yə istinadla xəbər verir ki, sənəddə əsas məqsəd kimi Amerika donanmasının Dünya okeanında hökmranlığının təmin edilməsi göstərilib. Bildirilir ki, ABŞ dənizdə ciddi qarşıdurmaya hər an hazır olmalıdır.

Plana görə, qlobal nəzarət sahəsində Amerika vətəndaşlarının ölkədə sakit və yüksək rifahlı həyatını təmin etmək lazımdır. Gildey bu baxımdan Rusiya və Çini ABŞ-ın sakitliyini pozan qüvvələr kimi önə çəkib.

Admiral sonda qeyd edib ki, Amerikaya süni intellekti inkişaf etdirmək zəruridir. Eyni zamanda daha çox sayda sualtı atom qayıqları və güclü suüstü gəmilər istifadəyə verilməli, həmçinin energetik silahları daha geniş tətbiq etməyə başlamaq lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − 4 =