ABŞ dünyada nüvə məhdudiyyətlərini ləğv etməyə hazırlaşır

ABŞ dünyada nüvə məhdudiyyətlərini ləğv etməyə hazırlaşır

ABŞ administrasiyası dünya ölkələrinin arsenallarında nüvə silahlarının sayına qoyulan məhdudiyyətlərin tamamilə aradan qaldırılacağını düşünür.

ABŞ-nin müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi vəzifəsini icra edən Vipin Naranq belə bir qiymətləndirmə ilə çıxış edib.

“Biz ABŞ-ın nüvə imkanlarını modernləşdirməklə və gələcəyə hazırlaşmaqla nüvə silahı arsenallarında heç bir məhdudiyyətin olmadığı bir dünyaya hazırlaşmalıyıq”, – o, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində bir seminarda deyib.

“Nüvə hazırlığımıza düzəlişlər rəqiblərimizi strateji silahlara nəzarət danışıqlarında iştirak etməyə təşviq edə bilər”, – Naranq deyib.

O əlavə edib ki, Vaşinqton bu sahədə uğurlu rəqabət aparmaq və yeni nüvə dövründə müttəfiqlərin təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + 8 =