ABŞ F-35-lərin seriyalı istehsalını təxirə saldı – SƏBƏB

ABŞ F-35-lərin seriyalı istehsalını təxirə saldı – SƏBƏB

Az.shafaqna.com “Bloomberg”-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi F-35 qırıcılarının kütləvi istehsalını təxirə salmaq qərarını qəbul edib.

Belə bir qərarın səbəbi döyüş maşınının baş tutmamış sınaqlarıdır. Həmin sınaqlar isə hələ dekabr ayında keçirilməli idi. Üstəlik, 398 milyard dollarlıq istehsalın başladılmasına dair razılıq 2021-ci ilin mart ayından gec olmamaq şərti ilə verilməlidir.

Döyüş əməliyyarlarının simulyasiyasının yaradılmalı olduğu sınaqlar 2017-ci ildən təxirə salınır.

Pentaqon başçısı müavininin mətbuat katibi Cessika Maksvellin sözlərinə görə, bu dəfə isə testlər texniki problemlərə görə və pandemiyanın təsiri ilə sonraya saxlanılıb.

Sınaqlar üçün yeni tarixin müəyyən edilməsi üçün daha bir ekspertizanın keçirilməsi lazım olacaq.

Analitiklərin fikrincə, yeni seçilmiş prezident Co Baydenin komandasının istifadəsinə F-35 ilə bağlı yekun qərarı vermək üçün lazım olan bütün zəruri məlumatlar aylar sonra veriləcək.

Xatırladaq ki, bu proqram çərçivəsindəki 3,2 min potensial qırıcının 600-dən çoxu hazırda ABŞ HHQ və Dəniz Piyadaları Korpusunda istifadə edilir. Lakin qırıcının özünü Rusiya və Çin HHM sistemləri və ən yeni təyyarələrinə qarşı necə aparacağı hələ də məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − 5 =