ABŞ Gürcüstanla bağlı şərtini açıqladı

Gürcüstan hakimiyyəti tərəfindən “Xarici təsirin şəffaflığı haqqında” qanuna dəyişiklik edilərsə, ABŞ-Gürcüstan strateji tərəfdaşlığı möhkəmlənəcək”.
Bunu Tbilisidə mətbuat konfransında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.
“Əgər bu qanun dəyişdirilərsə və Aİ standartlarına cavab verərsə, bu, yalnız bizim strateji tərəfdaşlığımızı, əlaqələrimizi gücləndirəcək”, – o deyib.
O`Brayen qeyd edib ki, əgər Tbilisi Vaşinqtona tərəfdaş kimi baxmırsa, ABŞ-dən Gürcüstana ayrılan maliyyə yardımı nəzərdən keçiriləcək.