ABŞ hərbçiləri Alyaska səmasında uçan aparatı vurub

ABŞ hərbçiləri Alyaska səmasında uçan aparatı vurub

Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələri prezident Cozef Baydenin göstərişi ilə Alyaska ştatı yaxınlığında 12,2 min metr hündürlükdə olan uçan aparatı vurub, onun qalıqları buzla örtülmüş dənizin üzərinə düşüb.

“Report” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

O əlavə edib ki, ABŞ uçan aparatın qalıqlarını düşdüyü ərazidən götürəcək. Ağ Ev sözçüsü qeyd edib ki, cihazın manevr edə biləcəyinə dair heç bir əlamət yoxdur, ehtimal ki, uçan aparat pilotsuz oub.

Con Kirbi vurğulayıb ki, ABŞ onun hansı ölkəyə mənsub olduğunu bilmir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + eight =