ABŞ hərbçilərindən ibarət nümayəndə heyəti Qırğızıstan-Tacikistan sərhədinə gedib

ABŞ hərbçilərindən ibarət nümayəndə heyəti Qırğızıstan-Tacikistan sərhədinə gedib

ABŞ hərbçilərindən ibarət nümayəndə heyəti Qırğızıstanın Tacikistanla sərhədyanı ərazisində yerləşən Batken vilayətindədir.

“Report” “kloop.kg”ya istinadən xəbər verir ki, bu barədə oktyabrın 20-də Qırğızıstan parlamentinin iclasında deputat Adaxan Madumarov bildirib.

Onun sözlərinə görə, Qırğız Respublikası müdafiə nazirinin müavini amerikalı nümayəndə heyətini qarşılayıb.

Xatırladaq ki, Qırğızıstan Tacikistanla sərhədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kontingentinin yerləşdirilməsini təklif edib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × four =