ABŞ hərbi konvoyu İraqdan Suriyaya girdi
Sizinyol xarici mediaya istinadən xəbər verir:
ABŞ-ın rəhbərlik etdiyi Beynəlxalq Koalisiya Qüvvələrinə məxsus hərbi texnika və logistika daşıyan bir karvan cümə axşamı günü İraqdan Suriyanın şimal-şərqindəki kürd bölgələrinə girdi.
Şəfəq News Suriya İnsan Haqları Müşahidə Mərkəzinə istinad edərək, konvoyun Suriyadakı Əl-Həsəkəyə daxil olduğunu bildirib.
Konvoy logistika, hərbi texnika və yanacaq tankerləri daşıyan 40 yük maşınından ibarət idi.
İŞİD-ə qarşı Beynəlxalq Koalisiya Qüvvələrinin komandiri Kevin Kubsey 24 Noyabrda Rumeylan bazasında keçirdiyi mətbuat konfransında Suriyanın şimalında və şərqində İŞİD-ə qarşı müharibənin bitmədiyi üçün koalisiya qüvvələrinin Suriya Demokratik Qüvvələrinə kömək etməyə davam edəcəklərini söylədi.
Suriya Demokratik Qüvvələri 2014-cü ildən bəri İŞİD-ə qarşı beynəlxalq koalisiyanın əsas tərəfdaşıdır və Kürd Xalq Müdafiə Birlikləri onun əsas sütunudur.