ABŞ hərbi texnikasının daha bir karvanı Suriyaya daxil oldu

ABŞ hərbi texnikasının daha bir karvanı Suriyaya daxil oldu

Suriyadakı İnsan Haqları Monitorinq Mərkəzi bildirib ki, Şimali İraqdan ABŞ silahları və hərbi texnikası olan 20 yük maşını Suriyaya daxil olub. Mərkəzin verdiyi məlumata əsasən, ABŞ-ın hərbi karvanı İraqın Kürdüstanındakı Əlvalid məntəqəsindən keçərək, Suriyanın şimal-şərqindəki Əl-Həsakə vilayətində yerləşən bazaya gəlib. Məlumata görə, ancaq dekabr ayında artıq beşinci hərbi karvandır ki, Suriyanın şimal-şərqindəki ABŞ hərbi bazalarına daxil olub.

“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə görə, karvana döyüş sursatları, köməkçi texnika və hərbi texnikası olan 170 yük maşın daxildir. ABŞ əsgərləri və əlaqəli terrorçu ünsürlər uzun müddətdir Suriyanın şimalında və şimal-şərqində qanunsuz olaraq mövcuddur və bu ölkənin neft ehtiyatlarını talan etməklə yanaşı bölgədəki yerli sakinləri də təqib edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + eleven =