ABŞ hakimi Trampı demokratiya üçün təhlükə hesab edir

ABŞ hakimi Trampı demokratiya üçün təhlükə hesab edir

Mühafizəkar ABŞ hakimi yanvarın 6-da İstintaq Komitəsinin üçüncü dinləməsini yekunlaşdıraraq bildirib ki, Donald Tramp, onun müttəfiqləri və tərəfdarları “Amerika demokratiyası üçün cari və aşkar təhlükə” olmaqda davam edirlər.

The Guardian qəzetinin yazdığına görə, mühafizəkar amerikalı hakim Cey Maykl Lutiq ABŞ-ın keçmiş prezidenti Donald Tramp və onun Respublikaçı tərəfdarlarının 2024-cü il seçkilərinə qayıtmağa hazırlaşdıqlarını bir təhlükə hesab edib.

Üçüncü iclas başlamazdan əvvəl hakim açıqlama verib: “6 yanvar 2021-ci ildə Amerika demokratiyası üçün bir təhdid vardı və bu gün demokratiyamız təhlükədədir.”

O, əlavə edib: “Amerika həmin taleyüklü gündə müharibə aparırdı, lakin xarici güclə deyil. Daha doğrusu, özü ilə müharibə aparırdı. Biz amerikalılar demokratiyamız üçün bir-birimizlə müharibə edirdik.”

İclasın sonunda 6 yanvar hücumu ilə bağlı Seçilmiş İstintaq Komitəsinin sədri Benni Tompson hakimdən “Tramp və onun tərəfdarları cari və aşkar təhlükədir” deyərkən nəyi nəzərdə tutduğunu soruşub.

Hakim Lutiq cavab verib: “Taleyüklü gündən təxminən iki il sonra… Donald Tramp və onun müttəfiqləri Amerika demokratiyası üçün hazırkı və aşkar təhlükədir. Əlbəttə, yanvarın 6-da ABŞ Konqresinə hücuma görə yox, əksinə 2024-cü il seçkilərində iştirak edəcəyinə görə. Əgər yenidən uduzsalar, 2020-ci il seçkilərində olduğu kimi, nəticəni yenidən dəyişməyə çalışacaqlar.”

Bir çox amerikalı düşünür ki, Donald Tramp 2021-ci il yanvarın 6-da Konqresdə üsyana səbəb olan hərəkətlərinə görə mühakimə olunmalıdır.

ABC telekanalının sorğusuna əsasən, amerikalıların 58 faizi Trampın ittiham edilməli olduğuna inanır.

Bundan əlavə, 10 amerikalıdan altısı komitənin araşdırmasının ədalətli olduğunu, 38 faizi isə nəticələrin ədalətli olmadığını düşünür.

2021-ci il yanvarın 6-da bir qrup Tramp tərəfdarı ABŞ Kapitoliyasına hücum etdi. Dəfələrlə ABŞ prezidenti Co Baydenin xeyrinə keçirilən seçkinin “geniş saxtakarlıq” olduğunu söyləyən Donald Tramp seçkidə qalib gəldiyini bəyan edib və yanvarın 6-da tərəfdarlarını “seçkilərin oğurlanmasının qarşısını almağa” çağırıb.

O, həmçinin Vaşinqtonda tərəfdarları qarşısında kəskin çıxış edərək, demokratları dəfələrlə “böyük saxtakarlıqda” ittiham edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × one =