ABŞ hansı sülhün tərəfdarıdır?

ABŞ hansı sülhün tərəfdarıdır?

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 28-də Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O”Braynı qəbul edib. Amerikalı diplomat ABŞ-ın regional sülh gündəliyinin irəliyə aparılmasına sadiqliyini və bu prosesi dəstəkləməyə hazır olduğunu vurğulayıb.

Ceyms O”Brayn regiona səfərindən öncə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində bildirib ki, 1990-cı ildən bəri mövcud olan dəhşətli münaqişənin başa çatması üçün Ermənistan və Azərbaycan arasında sülh sazişinə ehtiyac var.

Son zamanlar ABŞ-ın tez bir zamanda sülh əldə olunmasına tələsməsi isə maraqla qarşılanır. Çünki ATƏT-in Minsk Qrupunun həmsədri olduğu dövrdə bu canfəşanlıq gözə çarpmayıb.

Sputnik Azərbaycan mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Elşən Manafov  fikirlərini öyrənib.

Deputat Arzu Nağıyev deyir ki, ABŞ və Qərb nüfuz qazanmaq üçün Cənubi Qafqazda öz siyasi və iqtisadi həmlələrini etməyə çalışır:

Millət vəkili bildirib ki, O”Braynın səfərləri də bunu bir daha göstərir:

” Amma diqqət edilməli məqam Azərbaycanın tələbləridir. Rəsmi Bakının mövqeyi dəfələrlə bəyan edilib. Hazırkı şərtlər altında dayanıqlı sülhdən danışmaq olmaz. Paşinyandan sonrakı iqtidarların Cənubi Qafqaza yeni müharibələr gətirməməsi üçün konstitusiya dəyişlikləri labüddür. Bununla yanaşı Ermənistanın silahla doldurulması fonunda Qərbin sülhlə bağlı təşəbbüslərinə bel bağlamaq olmaz”,- Arzu Nağıyev deyib.

Politoloq Elşən Manafov isə deyir ki, ABŞ-ın yekun sülh müqaviləsinin imzalanmasındakı fəallığı bölgənin geosiyasi vəziyyətindən qaynaqlanır:

Elşən Manafovun sözlərinə görə, ABŞ Azərbaycan tərəfinin Ermənistana ünvanladığı haqlı təkliflərini diqqət yetirmək istəmir:

” Ermənistanın dövlət müstəqilliyi aktında Azərbaycana qarşı irəli sürülən ərazi iddiaları aradan qaldırılmalıdır. Ermənistan konstitusiyasında nə qədər ki, bu iddialar var, bu özlüyündə sülh perspektivlərini heçə endirə bilər. Çünki növbəti iqtidarlar məlum müddəalara istinad edərək Azərbaycanla sülh müqaviləsinin şərtlərini yerinə yetirməkdən boyun qaçıra bilərlər. Bu da Ermənistanın Qərbin dəstəyi ilə yenidən iddialar irəli sürməsi üçün imkanlar yaradır. ABŞ israrla Ermənistanın irəli sürdüyü təkliflər əsasında sülh müqaviləsinin imzalanmasına tələsdirmək istəyir”,- Elşən Manafov deyib.

Politoloq hesab edir ki, ABŞ Rusiya-Azərbaycan əlaqələrini sarsıtmaq, Azərbaycanda ABŞ-ın bölgə ilə bağlı maraqlarına cavab verəcək siyasi elitaya yaratmaq üçün addımlar atmaq istəyir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × two =