ABŞ hökuməti Qaşıqçının qətli ilə bağlı hesabatı yayımladı

ABŞ hökuməti Qaşıqçının qətli ilə bağlı hesabatı yayımladı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ hökuməti tərəfindən səudiyyəli tənqidçisi-jurnalist Camal Qaşıqçının qətli ilə bağlı yayımlanan bir hesabat, sui-qəsdin Səudiyyə vəliəhdi Məhəmməd Bin Salmanın birbaşa əmri ilə həyata keçirildiyini göstərir.

ABŞ Milli Kəşfiyyat İdarəsi tərəfindən yayımlanan bu hesabatda, Məhəmməd Bin Salmanın Camal Qaşıqçının həbsi və ya qətlə yetirilməsi ilə bağlı əməliyyat əmri verdiyi bildirilir.

Hesabatda belə qeyd olunur: “Bizim qənaətimiz budur ki, Səudiyyə vəliəhdi Məhəmməd bin Salman səudiyyəli tənqidçisi-jurnalist Camal Qaşıqçının həbs edilməsi və ya qətlə yetirməsi üçün Türkiyənin İstanbul şəhərində bir əməliyyata icazə vermişdir. Bu nəticə, Səudiyyə vəliəhdinin 2017-ci ildən bəri Səudiyyə Ərəbistanı Krallığındakı qərarlara nəzarət etməsinə əsaslanır.”

“Səudiyyə vəliəhdi Qaşıqçını Səudiyyə Ərəbistanı Krallığı üçün birbaşa təhdid olaraq görmüş və onu susdurmaq üçün bu şiddətli addımı dəstəkləmişdir”, deyə ABŞ-ın bu hesabatında bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + 8 =