ABŞ husiləri “terror təşkilatı” elan etməyi planlaşdırır – KİV

ABŞ husiləri “terror təşkilatı” elan etməyi planlaşdırır – KİV

ABŞ hökuməti Yəmənin Ənsarullah hərəkatını terror təşkilatı elan etməyi planlaşdırır.

SalamNews xəbər verir ki, bu barədə “Vaşinqton Post” rəsmi mənbələrə istinadla məlumat yayıb.

Bu mənbələr bildirib ki, Donald Tramp Administrasiyasında son zamanlarda Yəmənin
Ənsarullah hərəkatının terror təşkilatı kimi elan edilməsi, hərəkat liderlərinin “beynəlxalq terrorçu” olaraq təqib edilməsi planlaşdırılır.

Əlavə edilib ki, bu addımın məqsədlərindən biri də İranın nüfuzunun qarşısını almaq və onu daha da təcrid etməkdir.

Qeyd edək ki, ABŞ Yəməndə husilərə və Ənsarullah hərəkatının rəhbərlik etdiyi hökumətə bir sıra sanksiyalar tətbiq edib. Son möhtəməl addım ilk mərhələdə rəmzi xaratkter daşısa da onun ölkədə sülh və danışıqlar prosesinə mənfi təsir göstərəcəyi ehtimal edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − two =