ABŞ husilərin dəstəklədiyi “Yəmən hökuməti”nə sanksiyalar tətbiq edib

ABŞ husilərin dəstəklədiyi “Yəmən hökuməti”nə sanksiyalar tətbiq edib

ABŞ, rəsmi dairələri paytaxt Sənada yerləşən “Yəmən hökuməti”nə bir sıra sanksiyalar tətbiq edib.

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Xəzinədarlıq Departamenti məlumat yayıb.

ABŞ Xəzinədarlıq Departamentinin bəyanatında bildirilib ki, Ənsarullah hərəkatının bir sıra təhlükəsizlik və kəşfiyytat dairələrinin üzvlərinə qarşı sanksiyalar tətbiq edilir.

“Yəmənin Ali Siyasi Şurası”nın üzvü Məhəmməd Əli əl-Husi bu sanksiya elanına münasibət bildirib və onun heç bir qanuna sığmadığını deyib.

Bır sıra ABŞ KİV-lərinin məlumatına görə, rəsmi Vaşinqton son günlərdə Səudiyyə Ərəbistanın təzyiqi ilə husiləri və onların Ənsarullah hərəkatını terror təşkilatı elan etmək istəyib, lakin bu hələ baş tutmayıb.

Səudiyyə Ərəbistanı və hərbi koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb. Donald Tramp administrasiyasi Səudiyyə Ərəbistanı koalisiyasınn Yəmənə müdaxiləsini siyasi və hərbi müstəvidə dəstəklədiyini dəfələrlə və müxtəlif formalarda bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × one =