ABŞ-ın ən böyük bankı 2 günə MÜFLİS OLDU
Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, “Silikon Vadisi” 2008-ci ildə baş verən qlobal maliyyə böhranından sonra iflasa uğrayan ən böyük Amerika bankıdır
Materialda bankın 2 gün ərzində necə müflis ola biləcəyi də bildirilir. Martın 9-da “Silikon Vadisi”nin qiymətli kağızlarla uğursuz əməliyyatı məlum olub. Gələcəkdə maliyyə itkilərini kompensasiya etmək üçün bank 2,25 milyard dollar məbləğində əlavə səhm buraxmaq qərarına gəlib.
Amma bankın siyasətinə cavab verən konsaltinq agentlikləri əmanətçilərə vəsaitlərini bank hesablarından çıxarmağı tövsiyə edib. Nəticədə bank likvidliyini sürətlə itirməyə başlayıb və bir gün sonra ABŞ maliyyə tənzimləyicisi “Silikon Vadisi”nin müflis olduğunu elan edib.
Publika.az