ABŞ-ın araşdırmalar mərkəzi Ənsarullahın artan gücü ilə bağlı xəbərdarlıq etdi

ABŞ-ın araşdırmalar mərkəzi Ənsarullahın artan gücü ilə bağlı xəbərdarlıq etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, “Vaşinqton Yaxın Şərq Araşdırmaları” institutu, yəmənlilərin hərbi qüdrətinə dair bir məqaləsində bu qabiliyyətin sionist rejimi və ABŞ-ın bölgədəki maraqları üçün ciddi bir təhlükə yaratdığını yazıb.

Maykl Nayts tərəfindən qələmə alınan bu məqalədə Yəmən Ənsarullahı “Güneyin Hizbullahı” olaraq adlandırılmış və müəllif Yəmən raketləri və pilotsuz təyyarələrinin ABŞ-ın bölgədəki maraqlarına təsirlərini araşdırmağa çalışıb.

Amerikalı analitikin fikrincə, ABŞ “Husilərə” müharibəni Yəmən hüdudlarından kənara çıxara biləcək qüvvələr kimi baxmalıdır.

Bu araşdırmada qeyd olunur ki, 25 mart tarixində Yəmən ordusunun raket bölməsi, 18 PUA və səkkiz ballistik raketlə Əl-Şərqiyyə bölgəsindəki Səudiyyə Ərəbistanının neft obyektlərini hədəfə ala bildi. Bu cür hücumların həftəlik olaraq həyata keçirildiyini nəzərə alsaq, bu Yəməndə inkişaf edən raket və dron sənayesini göstərir. Belə ki, “Husilər” istədikləri zaman hücumların hüdudlarını genişləndirə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × four =