ABŞ-ın Avropadakı nüfuzu azaldı

ABŞ-ın Avropadakı nüfuzu azaldı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Baydenin ABŞ-ın Avropadakı imicini yaxşılaşdırmaq ümidi ilə G7 sammitində, NATO və AB görüşlərində iştirak etmək üçün Avropaya səfəri ərəfəsində, “Alman Marşal Fondu” və “Bertelsmann Fondu”nun 11 ölkədən insanlar arasında apardığı sorğunun nəticələri yayımlanıb.

ABŞ-ın dünyadakı nüfuzu ilə bağlı son araşdırmanın nəticələri göstərir, Amerika Birləşmiş Ştatlarının Almaniya və Fransadakı nüfuzu, Vaşinqtonun bu günə qədər 600.000 amerikalıın ölümünə səbəb olan Covid-19 pandemiyasındakı göstərdiyi zəif nəticəyə görə  şiddətli şəkildə aşağı düşmüşdür.

“Reuters” agentliyinin verdiyi məlumata görə, yeni sorğuların nəticələri göstərir ki, ABŞ-ın Almaniya və Fransada olan nüfuzunun Covid-19-a qarşı zəif göstəricilərinə görə azalsa da, Çinin nüfuzu bu virus ilə mübarizədə əldə etdiyi müsbət nəticələrə görə bir qədər yaxşılaşmışdır.

ABŞ-ın 26 mart tarixində yayımlanan araşdırma sənədlərinə görə, keçmiş prezident Donald Trampın rəhbərlik etdiyi ABŞ, koronovirusla mübarizədə düzgün bir strategiya tətbiq etsəydi, təxminən 400.000 insanın ölümünün qarşısını ala bilərdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − six =