ABŞ-ın bəzi ştatlarında İncil tədris proqramına daxil edilib

ABŞ-ın bəzi ştatlarında İncil tədris proqramına daxil edilib

ABŞ-ın Oklahoma ştatındakı bütün dövlət məktəblərinin tədris proqramına İncil və “On Əmr”in daxil edilməsi tapşırığı verilib.

Oklahoma ştatının Təhsil Şurasının sədri Rayan Uolters ştatın dövlət məktəblərinə təlimatlar göndərib.

Uolters əyalətdəki hər sinifdə İncil olması lazım olduğunu və bütün müəllimlərin sinifdə İncildən dərs keçməli olduğunu bildirərək, müqəddəs kitabın istifadə edilən ən əsas sənədlərdən biri olduğunu qeyd edib.

Luiziana qubernatoru Ceff Landri isə 19 iyunda qəbul edilən qanuna əsasən, ştatın dövlət məktəblərinin sinif otaqlarında “On Əmr” yazılmış plakatların asılmasını tələb edən qanunu imzalayıb və həyata keçirib.

“On əmr”, Musa Peyğəmbərə Sina dağında ikən verilən ilk ilahi əmrlər kimi tanınır və Əhdi-Ətiq çərçivəsində İncilin bir hissəsi hesab olunurlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + seven =