ABŞ-ın dollarla bağlı şok planı – Ən böyük dələduzluğu hazırlayır
Publika.az xəbər verir ki, bunu rusiyalı iqtisadçı Valentin Katasonov deyib.
Onun sözlərinə görə, heç bir ABŞ hökuməti yığılmış borcların ödənilməsi ilə məşğul olmayacaq. Əvəzində amerikalı bankirlər dünyanın heç vaxt görmədiyi fırıldaq təşkil edəcəklər. Onun mahiyyəti bütün borcluların sadəcə “atılmasına” səbəb olacaq.
Katasonovun sözlərinə görə, bu, ABŞ-ın yaxın gələcəkdə başlmağı planlaşdırdığı genişmiqyaslı dünya müharibəsinin başlaması fonunda baş verəcək. Onlar üçün bu, əslində “titanik” borclardan qurtulmağın yeganə yoludur.
Ekspert izah edib ki, uzun illər pullarını ABŞ-ın dövlət borcuna yatıran bütün ölkələrin sonda əllərində heç nə qalmayacaq. Heç kim onlara pullarını qaytarmayacaq. İqtisadçı proqnozlaşdırıb ki, onlar bunu dərk edənə qədər çox gec olacaq.
Publika.az