ABŞ-ın gizli bazası üzə çıxdı

ABŞ-ın gizli bazası üzə çıxdı

“Google Xəritə” istifadəçiləri ABŞ-ın Nevada ştatındakı Piramida gölünün dərinliklərində sirli kölgə aşkar ediblər.

Publika.az xəbər verir ki, istifadəçilər bunun sualtı hərbi baza ola biləcəyinə dair fikirlər səsləndirirlər.

İddialara görə, təsvir 4 hissədən ibarətdir, onların hər biri fərqli uzunluqdadır və gölün sonundakı piramida formalı qaya ilə əlaqələri yoxdur.

Göldəki sirli kölgənin tərk edilmiş qayıq ola biləcəyinə inananlar da var.

Bölgənin eramızdan əvvəl 9500-cü ildən insanların gölün ətrafında yaşadığına inanan arxeoloqlar tərəfindən istifadə edildiyinə dair sübutlar da var. İndiyədək sirli gölün ətrafında alətlər, silahlar, geyimlər, yeməklər və mumiyalar aşkar edilib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 3 =