ABŞ-ın hərbi yük təyyarələri Səudiyyə Ərəbistanı və İordaniyaya istiqamətlənir: Strateji bazalarda fəallıq artır!


Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
ABŞ hərbi təyyarələri Səudiyyə Ərəbistanı və İordaniyadakı bazalara qeyri-adi marşrutla uçuşlar həyata keçirir.
Son günlərdə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarələrinin Səudiyyə Ərəbistanındakı Prins Sultan və İordaniyadakı Mowaffaq Al-Salti hərbi bazalarına qeyri-ənənəvi uçuş trayektoriyalarından istifadə etməsi müşahidə olunub.
Uçuş radarlarının məlumatlarına əsasən, bölgədə hava hərəkətində nəzərəçarpacaq artım qeydə alınıb. Bu isə ekspertlər tərəfindən regionda mümkün logistika möhkəmləndirilməsi və ya hərbi texnikanın öncədən yerləşdirilməsi kimi dəyərləndirilir.
Strateji baxımdan əhəmiyyətli hesab edilən bu iki bazaya artan diqqət, ABŞ-ın bölgədəki hərbi hazırlıq səviyyəsini yüksəltməsi və potensial regional gərginliklərə qarşı mövqeyini sərtləşdirməsi ilə əlaqələndirilir.