ABŞ-ın İdlibdə Əl-Culani hökumətinin əsaslarını gücləndirmək səylərinin təhlili

ABŞ-ın İdlibdə Əl-Culani hökumətinin əsaslarını gücləndirmək səylərinin təhlili

Cəbhətun-Nusrə Hələbin kənarındakı bəzi sərhəd-keçid məntəqələrinə nəzarəti ələ keçirdikdən sonra Türkiyə Əl-Culaninin cinayətlərini ört-basdır edərək, onu mötədil bir qrup kimi qələmə verməklə, ABŞ-da yerləşən Araşdırma Mərkəzi ilə silahlı qruplar arasında qarşıdurmanı dayandırmağa çalışdı.

Bu mərkəzin hesabatında Ən-Nusrə ilə ABŞ hökuməti arasında dostluğu gücləndirmək üçün əlaqəyə işarə edilir və bu cəbhə ABŞ-a mesaj göndərib ki, biz heç vaxt sizin üçün təhlükə yaratmayacağıq və sizinlə dostluq istəyirik.

Hesabatda əlavə edilib ki, ABŞ hökuməti də “Cəbhətun-Nusrə”ni digər terror qruplaşmalarından daha az təhlükəli hesab edir və İdlibdəki vəziyyətin olduğu kimi qalmasını istəyir. Buna görə də Ən-Nusrə və Əl-Culaniyə terrorizmdə bəraət qazandırmağa və onun hakimiyyətini qanuniləşdirməyə çalışır.

Mütəxəssislər hesab edirlər ki, bu hərəkət Əl-Culanin üçün tamamilə faydalı olduğunu göstərir və bu səbəbdən o, hətta özünü mötədil bir qrup kimi təqdim etmək və gələcəyi planlaşdıra bilmək üçün İngiltərə kəşfiyyat agentliyi ilə əlaqə saxlayıb və dini yanaşmalarını dəyişib.

Ən-Nusrəa hətta ABŞ-a xeyirxah xidmət gösərib və Türkiyə sərhədində İŞİD lideri Əbu İbrahim Əl-Qurəşinin öldürülməsinə köməklik edib.

Əl-Culani indi iki bölgədə dominant güc olduğunu sübut etmək üçün İdlibdə və Hələb ətraflarında ticarətə, xüsusilə də neftə hakim olmağa çalışır, buna görə də ABŞ və Türkiyə də keçmişi terror, öldürmə və qətliamlarla dolu olan bu şəxsi təmizə çıxarmağa çalışır. ABŞ İdlibdəki Əl-Culani hökumətinin əsaslarını mötədil bir qrup olaraq gücləndirməyə çalışır ki, muzdluları bölgədə ola bilsinlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 17 =