ABŞ-ın İrana qarşı “maksimum təzyiq” kampaniyası dayanıb

ABŞ-ın İrana qarşı “maksimum təzyiq” kampaniyası dayanıb

Amerikanın “Wall Street Journal” qəzeti Ağ Evin İrana qarşı yeni sanksiyalarla bağlı bütün fəaliyyətləri dayandırmaq əmri verdiyini açıqlayıb. Qəzetin yazdığına görə, hazırda ABŞ prezidenti Trampın “maksimum təzyiq” kampaniyası dayandırılıb və bu barədə ABŞ-ın müvafiq qurumları məlumatlandırılıb.

Amerikanın Wall Street Journal qəzeti Ağ Evin İrana qarşı yeni sanksiyalarla bağlı bütün fəaliyyətləri dayandırmaq əmri verdiyini və prezident Donald Tramp administrasiyasının “maksimum təzyiq” kampaniyasının faktiki olaraq dayandığını yazıb .

Qəzetin yazdığına görə, bu göstəriş ABŞ Milli Təhlükəsizlik Şurasında, Maliyyə Nazirliyində və Dövlət Departamentində yüksək vəzifəli şəxslərə çatdırılıb.

“Maksimum təzyiq” kampaniyası uğursuzluğa düçar olur

“The Wall Street Journal” mənbəyə istinadən yazıb ki, ABŞ prezidenti Donald Trampın İrana qarşı “maksimum təzyiq” siyasəti hazırda iflasa uğrayıb.

Bildirilib ki, Ağ Ev tərəfindən verildiyi bildirilən göstərişlə İrana qarşı planlaşdırılan yeni sanksiyaların həyata keçirilməsi üçün bütün səylər dayandırılıb.

Hesabatda həmçinin Vaşinqton administrasiyasının tərəflər arasında danışıqların beşinci raundu öncəsi İrana qarşı yeni sanksiyalar tətbiq etdiyinə də diqqət çəkilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqae sanksiyaları “şər, qeyri-qanuni və qeyri-insani” adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + 5 =